Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 üçün medianın akkreditasiya prosesinə start verildi!

Formula 1 yarışlarının Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu gündən etibarən media nümayəndələri üçün akkreditasiya qeydiyyatına start verir.
Crossmedia.az xəbər verir ki, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-i işıqlandırmaq istəyən KİV nümayəndələri Akkreditasiya Portalına daxil olaraq qeydiyyat üçün onlayn qaydada müraciət edə bilərlər. Media nümayəndələrindən qeydiyyatdan öncə portaldan istifadə qaydalarının əks olunduğu İstifadəçi Təlimatı ilə tanış olmaları xahiş olunur.
Yarışlara qeydiyyat 10 iyun tarixindən etibarən start götürüb 18 iyul, saat 15:00-dək davam edəcək.
Natamam və ya 18 iyul tarixindən gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.
Qeyd edək ki, 19-21 sentyabr 2025-ci il tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran Prisi 2025 daxil olmaqla, FIA Formula 1 Dünya Çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula One Management (FOM) şirkəti tərəfindən tənzimlənir. Yerli media nümayəndələrinin yarışa qeydiyyat prosesi Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) tərəfindən icra olunur.
Akkreditasiya prosesi ilə əlaqədar əlavə məlumat əldə etmək istəyənlər (+99455) 206 45 60 nömrəsinə zəng edə və ya [email protected] email ünvanına yaza bilərlər.
15:35 10.06.2025
Oxunuş sayı: 1071