Şuşada bayram namazı qılınıb

İyunun 6-da Şuşa şəhərində Qurban bayramı ilə əlaqədar bayramı namazı qılınıb.
Crossmedia.az xəbər verir ki, Yuxarı Gövhər Ağa məscidində qılınan bayram namazında xalqımız, dövlətimiz üçün dualar edilib, əmin-amanlıq arzulanıb.
Bayram namazında ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladları da yad olunub, ruhlarına dualar oxunub.
11:46 06.06.2025
Oxunuş sayı: 906