Xəbərlər

Peskov Rusiyanın Yaxın Şərqdəki münaqişə tərəflər ilə təmaslarını xatırladıb

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Yaxın Şərqdəki münaqişə tərəflər ilə təmaslarını xatırladıb

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Peskov bildirib ki, Rusiya Yaxın Şərq münaqişəsinin həlli üçün səy göstərməyə hazırdır və bütün tərəflər ilə əlaqə saxlayır. 

“Prezident Putinin sözlərini xatırlatmaq istəyirəm ki, biz münaqişə tərəflər ilə əlaqə saxlayırıq, israillilər, iranlılar, livanlılar və bütün digər müvafiq tərəflərlə.  Və əgər bizim səylərimiz hardasa effektli ola bilsə, təbii ki, Rusiya buna hazır olacaq”, - Peskov bildirib.

Belə ki, cümə günü jurnalistlərin müraciəti ilə o, Qərb mediasında İsrailin Rusiyadan Hizbullahla danışıqlarda vasitəçi olmasını istədiyi iddia edilən nəşrlərə münasibət bildirib.

Gültac Mehdizadə

13:21 01.11.2024

Oxunuş sayı: 2921

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR