BMTM-in eksperti: "Gənclərə səlahiyyətlərin verilməsi islamofobiyaya cavab verməkdə böyük əhəmiyyət daşıyır"

"İkinci Qarabağ müharibəsi əsnasında bir məqalə yazmışdım. Qarabağda bərpa işləri ilə bağlı idi. Ermənilərin Qarabağda məscidləri tövlə kimi istifadə etdiyinə toxunmuşdum. Məqaləni sonra erməni əsilli suriyalı bir istifadəçi bu məsələnin aradan qaldırılmasını istədi. Buna görə də bu məsələyə baxılması üçün müzakirə səhifəsi açıldı. Amma mən bu məqalə ilə bsğlı uğur qazandım. Qeyd edim ki, mənbədə məlumat olduğu kimi sənədləşdirilmişdi. Təbii ki, xəbər agentliklərindən etibarlı mənbələr dərc etmişdim, sonra onları mənə etiraz edən şəxslərlə paylaşdım. Onlardan soruşdum ki, Allahın evində törədilən belə qanunsuzluğa necə göz yuma bilərsiniz?"
Crossmedia.az xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Lalə Xəlilzadə "İslomofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda keçirilən 3-cü beynəlxalq İslamofobiya ilə mübarizə konfransında çıxışında deyib.
"Bütün bu nümunələr bizə göstərir ki, gənclərə səlahiyyətlərin verilməsi islamofobiyaya cavab verməkdə böyük əhəmiyyət daşıyır. Konfrans tədbirləri çərçivəsində mən qeyri-müsəlman gənclərin müsəlmanlara qarşı sərt münasibəti ilə üzləşdim", -natiq əlavə edib.
Fatimə Məmmədova
13:20 27.05.2025
Oxunuş sayı: 988