"İslamafobiyaya qarşı mübarizə sinif otaqlarından başlamalıdır"

"Gənc insanların təhsilini gəlin, aşağılamayaq. Hicab geyinən xanımlarən da səsi ucaldılmalıdır. Hər kəs öz səsini ədalətli şəkildə çatdırmalıdır. Müsəlman əleyhinə qarşı olan çıxışlara baxmayaraq mən burada ümidlə dayanıram".
Crossmedia.az xəbər verir ki, ABŞ Müsəlman Təşkilatları Şurasının baş katibi Oussama Jammal "İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda keçirilən 3-cü beynəlxalq İslamofobiya ilə mübarizə konfransında çıxışında deyib.
"Ən mühim məsələlərdən biri də gənclərin səsinin çatdirilmasıdır. Və eyni zamanda ayrı-seckiliyə qarşı mübarizə lazımdır".
O bildirib ki, bu günkü gün bizim gənclər müxtəlif mədəniyyət və ideyalara daha çox açıqdırlar:
"Onlar qlobal çıxışları daha tez eşidirlər. Amma bu həssaslıqlar özləri də bir güc-qüvvə ilə gəlir. İslamafobiya cəhalət olduğu mühitdə böyüyüb. Gənc insanlar bu çıxışlara qarşı mübarizədə təhsilləri ilə bağlı mübarizə apara bilərlər. Onlar fəal olmalıdır. Bunlar müsbət mənada dəyişikliklərdir. Eyni zamanda niyyət, məqsəd olmalıdır. Onlar uca kürsülərdən danışıb, öz sözlərini deyə bilməli, ədalətsizliyə qarşı mübarizə aparmalıdırlar. Bizim ümumiyyətlə bir proqramımız olmalıdır ki, gənclərə dəstək niyyətli olsun. Siyasi elita səviyyəsində dəstək olmaq lazımdır. İslamafobiyaya qarşı mübarizə sinif otaqlarından, dost qruplarından başlamalıdır".
Fatimə Məmmədova
13:07 27.05.2025
Oxunuş sayı: 1184