"Qazılıq" fəaliyyətinin bərpası İrəvana qayıdış yolunda atılmış ən böyük addımlardandır

Qərbi Azərbaycan İcması (QAİ) Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının mayın 22-də Bakıda keçirilmiş əlahiddə toplantısında İrəvan Qazılığının fəaliyyətinin bərpa edilməsi, İrəvan Qazılığının Əsasnaməsinin təsdiq edilməsi və İrəvan qazısının seçilməsi barədə qəbul etdiyi qərarları alqışlayıb.
Bununla bağlı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, Qərbi Azərbaycan icmasının üzvü Əfqan Vəliyev Crossmedia.az-a açıqlamasında bildirib:
"Qafqaz müsəlmanları idarəsinin qazılar şurasının mayın 22 də Bakıda keçirilmiş əlahiddə toplantısında İrəvanda qazılıq şurasının fəaliyyətinin bərpa edilməsi və İrəvan qazısının seçilməsi, İrəvana qayıdış çərçivəsində atılmış ən böyük addımlardan biridir. Düşünürəm ki, Qərbi Azərbaycan məsələsinin həm elmi müstəvidə, həm dini həm siyasi sosial müstəvidə gündəmdə olması və bu istiqamətə elm adamlarının din xadimlərinin xüsusi diqqət yetirməsi bizim hədəfizimə olan inamımızı gücləndirir.
Qeyd edim ki, Qərbi Azərbaycanda 500 dən çox qəbirstanlıq ermənilər tərəfindən məhv edilib, azərbaycanlılara məxsus minlərlə iş nümunəsi dağıdılıb, bir çoxunun mənşəyi dəyişdirilib. Həmçinin 650 dən çox toponim dəyişdirilib. Ermənilər bununla Azərbaycan xalqının izlərini silməyə çalışırlar. O baxımdan bu addımın atılması Qərbi Azərbaycanın maddi mənəvi irsinə olan qiymət və dəyərin göstəricisidir. Bu istiqamətdə qazılığın fəaliyyət göstərməsi və ictimaiyyət qarşısında bu məsələnin gündəmə gətirilməsi vacibdir. Bu Qərbi Azərbaycana qayıdışa öz töhfəsini verəcək. Dini dəyərlərin, ziyarətgahların, pirlərin, türbələrin taleyi haqqında və dağıdılmasına qarşı da qazılıq fəaliyyətinin bərpası böyük əhəmiyyət kəsb edir".
Ayhan Ağarzayev
21:15 24.05.2025
Oxunuş sayı: 956