“Milli QHT Forumu vətəndaş cəmiyyətinin “beyin mərkəzi”nə çevrilib”- AÇIQLAMA

Azərbaycan Milli QHT Forumunun İdarə Heyəti 1 illik fəaliyyətinə dair ictimai hesabat xarakterli mətbuat konfransı keçirib.
Kifayət qədər məhsuldar keçən dövrə dair fikirlər səslənib, qarşıya qoyulan priroritet vəzifələrdən danışılıb. “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Crossmedia.az-a açıqlamasında son 1 ildə Milli QHT Forumunun nüfuzlu vətəndaş cəmiyyəti institutuna çevrildiyini bildirib: “Bizim təşkilat Milli QHT Forumunun üzvü idi. Lakin son illərdə qurumun fəaliyyətində passivlik yaranmışdı. Forum ciddi təşəbbüslərlə çıxış edə, “QHT cameəsinə” çevrilə bilmirdi.
Ötən il keçirilən qurultayda rəhbərlik dəyişdi və qısa zamanda Milli QHT Forumunun fəaliyyətində canlanma yarandı. Qurumun fəaliyyətindəki durğunluq aradan qalxdı. İllər öncə “QHT evi”nin yaranması vətəndaş cəmiyyəti institutlarının arzusuna çevrilmişdi. Adətən QHT sədrləri
qəzetlərin, xərər portallarının evinə, doğma məkanına çevrilmiş “Azərbaycan” nəşriyyatı kimi məkan arzulayırdılar. Milli QHT Forumu bu arzunu həyata keçirdi. Bu gün şəhərin mərkəzində, hər kəs üçün əlçatan yerdə Milli QHT Forumunun ofisi var. Forumun konfrans zalı QHT-lərin üzünə açıqdır. Hər kəs orada öz tədbirini keçirə bilir. Təşkilatımızın üzv olduğu “Yaşıl Azərbaycan Uğrunda” Vətəndaş Cəmiyyəti Koalisiyası da təsis toplantısını Milli QHT Forumunun ofisində keçirdi”.
Elman Cəfərli deyib ki, Milli QHT Forumu QHT-lərə təkcə təşkilati dəstək vermir, həm də onların mənəvi dayağı kimi çıxış edir, vətəndaş cəmiyyətinin “beyin mərkəzi”nə çevrilir: “Milli QHT Forumu QHT-lərin qarşılaşdığı çətinliklərin həllinə dəfələrlə yardımçı olub. Qurumun təcrübəli mütəxəssisləri dəyərli konsultasiyaları ilə həmkarlarının köməyinə gəlib. Milli QHT Forumu ilə əməkdaşlıq xüsusilə yeni yaranmış gənc QHT-lər üçün faydalıdır”.
QHT sədri deyib ki, son 1 ildə Milli QHT Forumu Azərbaycan vətəndaş cəmiyyətini qlobal arenada tanıdan kifayət qədər böyük miqyaslı işlər görüb: “Ümumiyyətlə, son 4 ildə Azərbaycanın vətəndaş cəmiyyəti keyfiyyət dəyişikliyi yaşayıb. Azərbaycan QHT-lərinin ciddi beynəlxalq əlaqələri yaranıb. Ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP 29-da Azərbaycan QHT-ləri, özəlliklə də Milli QHT Forumu parlaq fəaliyyəti ilə diqqət mərkəzinə düşdü.
Qurum COP29-da COP-lar tarixində ilk dəfə olaraq QHT Koalisiyasının yaradılması təşəbbüsü ilə çıxış etdi. Forumun təşəbbüsü ilə bu koalisiya əsasında Qlobal QHT Platforması yaradıldı. 116 ölkədən QHT-lər Forumun təşəbbüsünü dəstəkləməsi və platformaya rəhbərliyin ölkəmizə həvalə olundu son illərin ən böyük uğuru kimi qiymətləndirilə bilər”.
21:45 20.05.2025
Oxunuş sayı: 3578