Bakıda “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirinə start veriləcək

Mayın 16-da yeniyetmə oğlan və qız boksçular arasında “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirinə start veriləcək.
Crossmedia.az Federasiyaya istinadən məlumat verir ki , Bakı Boks Mərkəzində keçiriləcək ənənəvi yarışda Azərbaycan millisi ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Monteneqro, Rusiya, Belarus, Türkiyə və Gürcüstanın yığmaları iştirak edəcəklər.
200-dən çox boksçunun qatılacağı turnirdə oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. “Heydər Əliyev kuboku-2025″in final görüşləri mayın 21-də olacaq.
Azərbaycan millisi yarışda geniş heyətlə mübarizə aparacaq. Komandamızın baş məşqçisi Vaqif Kazımov turnirdə 60 yeniyetməni sınaqdan keçirəcək.
Yarışın ilk günü saat 14:00-da açılış mərasimi təşkil olunacaq, ardınca döyüşlər başlayacaq.
Qeyd edək ki, “Heydər Əliyev Kuboku-2025″in supervayzeri İqor Biletski (Ukrayna), baş hakimi Anar Babanlı olacaq.
15:30 15.05.2025
Oxunuş sayı: 538