Putin vəziyyətin ağır olduğunu anlayıb, Ərdoğana minnətçi düşür -ŞƏRH

ABŞ dövlət katibi Marko Rubio Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə telefon danışığı zamanı deyib ki, Vaşinqtonun Ukraynadakı münaqişənin həllində prioriteti dərhal atəşkəs və hərbi əməliyyatların dayandırılmasıdır.
“Dövlət katibi ABŞ-nin Rusiya və Ukrayna arasında müharibə ilə bağlı mövqeyini bir daha təkrarlayıb: Bizim əsas prioritetimiz hərbi əməliyyatlara son qoymaq və dərhal atəşkəs əldə etməkdir”, - Dövlət Departamentinin bəyanatında deyilir.
Məlum olduğu kimi, Ağ Ev uzun müddətdir ki,Şərqi Avropadakı savaşın başa çatması üçün çalışır. Amma bu cəhdlər hələ ki ciddi nəticə vermir. Deməli, ya ABŞ səmimi deyil, ya da gücü çatmır.
Rəsmi Vaşinqtonun proseslərə münasibəti və perspektivlət barədə Crossmedia.az-a danışan politoloq Elçin Xalidbəyli söyləyib ki, ABŞ artıq Ukrayna savaşının dayandırılması prossesindən geri çəkilib, bu missiyasından imtina edir: "Dolayısı yollarla bu prossesə təsir göstərməyə çalışır. Bu da ondan ibarətdir ki, Prezident Donald Tramp Türkiyə lideri Rəcəp Tayyip Ərdoğana müraciət edib. Telefonla da bu məsələni danışıblar ki, Türkiyə Ukrayna savaşının dayandırılması prossesində vasitəçilik missiyasını öz üzərinə götürsün. Bu məsələdə ABŞ ilə Türkiyə paralel olaraq addımlar atsın və əməkdaşlıq etsinlər. Ukrayna savaşı ətrafında yaranmış prossesə birbaşa təsir göstərmək ehtimalı o qədər də inandırıcı görünmür".
Politoloqun sözlərinə görə, əsas məsələ ondan ibarətdir ki, Tramp administrasiyasına Ukraynanın sərvətləri lazım idi: "Artıq həmin saziş imzalanıb. Beləliklə, Ukrayna savaşı ilə bağlı ABŞ-nin ciddi marağı qalmadı. ABŞ təbii sərvətlərin taıan olunması ilə məşğul olacaq. Ona görə də Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə münasibətləri yaxşıdır . Bu iki dövləti Türkiyə atəşkəsə, yaxud da sülh sazişi imzalamağa məcbur eləsin. Kreml rəhbəri Vladimir Putin də faktiki olaraq vəziyyətin ağır olduğunu görür. Rusiya Prezidenti türkiyəli Ərdoğana minətçi düşüb. Bəzi məlumatlara görə , Putin İstanbula getməyə belə razılıq verib. Bunun baş verib -verməyəcəyini biz bir müddət sonra biləcəyik".
Fatimə Məmmədova
16:08 12.05.2025
Oxunuş sayı: 2637