Professor: “Cəlil Məmmədquluzadə Azərbaycan jurnalistikasına yeniliklər gətirib”

“Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin" jurnalını yaratmaqla jurnalistikaya yeniliklər gətirdi. O, realizm cərəyanının yaradıcılarından olub. Satirik jurnalistikanın, satirik publisistikanın əsasını qoyub”.
Bu fikirləri Crossmedia.az-a geniş müsahibəsində filologiya elmləri doktoru, BDU-nun Jurnalistika fakültəsinin professoru, Əməkdar jurnalist Allahverdi Məmmədli deyib.
“ İlk dəfə rəngli, şəkilli jurnal buraxan naşir olub. Sərbəst satirik qrafikanın və karikaturanın əsasını qoyan şəxsdir. Aşağı təbəqənin mənafeyini ifadə edən mütəfəkkirdir. Azərbaycan jurnalistikasına istiqlal düşüncəsi gətirən publisistdir. İlk dəfə olaraq öz oxucusu ilə türkün açıq ana dilində danışan jurnalistdir. Və ən nəhayət, böyük azərbaycançıdır. Azərbaycançılıq ideyasının yaradıcılarından biridir”, - o bildirib.
Müsahibimiz əlavə edibaəlil Məmmədquluzadənin jurnalistika məktəbi lazımınca öyrənilsin. Çünki o jurnalistika məktəbində bütöv Azərbaycan var, vətən, millət, ana dili məsələləri var. Məsələn, onun “Azərbaycan” məqaləsini nümunə götürək. "Azərbaycan" məqaləsində Cəlil Məmmədquluzadə mükəmməl publisist qələmi ilə o taylı-bu taylı bütöv Azərbaycanın coğrafi xəritəsini cızıb”.
Müsahibənin tam versiyasını aşağıdakı linkdən oxuya bilərsiniz:
https://crossmedia.az/az/article/29764
Fatimə Məmmədova
20:25 10.05.2025
Oxunuş sayı: 714