DİN-nin əməkdaşları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər


Mayın 10-da xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasından 102 il ötür. Bu münasibətlə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları Fəxri xiyabanda müstəqil dövlətimizin memarı, Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
Bu barədə Crossmedia.az-a Nazirliyin Mətbuat Xidmətindən məlumat verilib.
12:15 09.05.2025
Oxunuş sayı: 970