MEDİA könüllüləri və Azər Süleymanlı arasında şəbəkələşmə görüşü keçirilib

Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə mayın 2-də “Fairmont Baku” otelində İctimai Televiziyanın aparıcısı Azər Süleymanlı ilə media könüllülərinin şəbəkələşmə görüşü baş tutub.
Crossmedia.az xəbər verir ki, tədbir zamanı Azər Süleymanlı könüllülərlə səmimi müzakirələr aparıb, onların suallarını cavablandırıb. Görüşdə iştirakçılara televiziya sahəsinin iş prinsipləri, çətinlikləri və inkişaf imkanları barədə ətraflı məlumat verilib.
Görüşün sonunda Azər Süleymanlı könüllülərə uğurlar arzulayıb və xatirə şəkilləri çəkdirilib.
Mədinə Cəlilova
18:02 03.05.2025
Oxunuş sayı: 1810