Böyük Dəbilqə” start götürür: İlk gündə iki cüdoçumuz tatamiyə çıxır

Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirinin ilk günündə Azərbaycanın iki cüdoçusu mübarizəyə başlayacaq.
Crossmedia.az-ın məlumatına görə, Balabəy Ağayev (60 kq) 1/8 finalda Fathur Rohman (İndoneziya) / Acıtı Dombuu (IJF) cütünün qalibi ilə üz-üzə gələcək.
Yaşar Nəcəfov (66 kq) eyni raundda Tacikistan təmsilçisi Exson Safarzoda ilə qarşılaşacaq.
Turnir Bakı vaxtı ilə saat 10:30-da başlayacaq.
Qeyd edək ki, "Böyük Dəbilqə" turnirinə mayın 4-də yekun vurulacaq.
09:42 02.05.2025
Oxunuş sayı: 879