Misli Premyer Liqasının XXXIII turu start götürür

Futbol üzrə Misli Premyer Liqasının XXXIII turuna bu gün start veriləcək.
Crossmedia.az-ın məlumatına görə, açılış oyununda "Zirə" "Turan Tovuz"la üz-üzə gələcək.
Qarşılaşma saat 20:00-da start götürəcək. Avrokuboklara vəsiqəni əvvəlki turlarda təmin edən Bakı klubu 64 xalla ikinci pillədə qərarlaşıb. Tovuz təmsilçisi 49 xalla dördüncüdür.
Misli Premyer Liqası
IV dövrə, XXXIII tur
2 may
Qeyd edək ki, tura mayın 4-də yekun vurulacaq.
09:15 02.05.2025
Oxunuş sayı: 813