110-dan çox ölkənin QHT-ləri Bakıya gəlir: “Bu, Azərbaycanın vətəndaş cəmiyyətinin böyük uğurudur”

“Aprelin 28-29-da Bakıda keçiriləcək Qlobal Cənub QHT Platformasının təsis konfransı ciddi hadisədir. Qürur hissi ilə lazımdır ki, Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini özündə birləşdirən böyük coğrafiyanın əhatə edən QHT platforması Azərbaycan QHT-lərinin təşəbbüsü ilə təsis olunur”.
Bunu Crossmedia.az-a açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib. Onun sözlərinə görə, son 4 ildə Azərbaycanın vətəndaş cəmiyyəti ciddi keyfiyyət dəyişikliyi yaşayıb: “Üçüncü sektor” sanki yenidən “format olunub”.
Azərbaycan QHT-lərinin ciddi beynəlxalq əlaqələri yaranıb. Bu prosesdə üzvü olduğumuz Azərbaycan Milli QHT Forumu daim ön cərgədə yer alıb. Azərbaycan vətəndaş cəmiyyətində müşahidə olunan keyfiyyət dəyişikliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Dəstəyi Agentliyinin apardığı sistemli və məqsədyönlü fəaliyyətin nəticəsidir. Ötən il ölkəmizdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında Azərbaycanın QHT sektoru ciddi uğurlara imza atdı, qlobal iqlim dəyişikliyinin yumşaldılması üzrə beynəlxalq təşəbbüslərə dəstək verdi. Qlobal Cənub QHT Platformasının yaradılması ideyası da da 2024-cü il noyabrın 15-də COP29 çərçivəsində keçirilən Qoşulmama Hərəkatı regionu QHT-lərin “Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafı: QHT-lərin rolu” adlı beynəlxalq konfransda bəyan olunmuşdu. Bu təşəbbüs beynəlxalq aləmdə böyük dəstək qazandı, 140-a yaxın ölkənin QHT-ləri tərəfindən təşəbbüsə tərəfdar çıxdılar. Ötən 6 ayda Azərbaycan Milli QHT Forumu bu istiqamətdə ciddi fəaliyyət göstərib”.
“Aprelin 28-də 110-dan çox ölkədən vətəndaş cəmiyyəti fəalları Bakıya toplaşacaq” deyə vurğulayan QHT sədri hesab edir ki, bu, böyük bir beynəlxalq QHT həmrəylik hərəkatı deməkdir: “Bu toplantı Azərbaycanın vətəndaş cəmiyyətinin həyatında yeni bir səhifənin başlanğıcıdır. Azərbaycan QHT-ləri üçün Qlobal Cənub regionu ölkələrindən olan həmkarları olə yeni əməkdaşlıq platforması yaranacaq”.
Toğrul Əhmədzadə
12:34 25.04.2025
Oxunuş sayı: 1310