"Əgər Qərb ölkələri Ukraynaya dəstəyini azaltmasa, müharibə hələ davam edə bilər" - ŞƏRH

Ukrayna ilə Rusiya arasında müharibə davam edir. Bu münaqişədə əsas aktor kimi Ukrayna görünür. Amma əslində qərar verənlər Qərb və Avropa institutlarıdır.
Bu sözləri Crossmedia.az-a geniş müsahibəsində hərbi ekspert İbrahim Rüstəmli deyib.
"ABŞ-nin keçmiş Prezidenti Cozef Bayden, onun konqresmenləri və Avropa liderləri Ukraynaya dəstək verir. Ekspertlər bu müharibənin Rusiyanı zəiflətmək üçün başladılmış Qərb təxribatı olduğunu bildirirlər. ABŞ Rusiyanı iqtisadi cəhətdən çökdürməyə çalışır və bu yolda müəyyən nailiyyətlər əldə edib.
Bu baxımdan, Ukrayna-Rusiya arasında sülh danışıqlarında əsas söz sahibi nə Rusiya, nə də Ukraynadır. Əgər Qərb ölkələri Ukraynaya dəstəyini azaltmasa, müharibə hələ davam edə bilər. Lakin bütün hallarda bu müharibə nə vaxtsa bitəcək. Tarixdə ən dağıdıcı müharibələr belə sonda sülhlə nəticələnib. Necə ki, Ermənistan kapitulyasiya sənədinə imza atmağa məcbur oldu, eləcə də bu müharibənin sonunda oxşar sənədin imzalanması mümkündür. Ermənistan Prezidenti həmin sənədin imzalanmasına qatılmadı, çünki utanırdı. Onun əvəzinə sənədi Azərbaycan və Rusiya prezidentləri imzaladı.
Ukrayna və Rusiya xalqları dil, din və mədəniyyət baxımından bir-birinə çox bənzəyirlər. Bu baxımdan onların münasibəti, bizim Türkiyə ilə olan qardaşlıq əlaqələrinə bənzəyir. Amma təəssüf ki, bu yaxınlıq artıq çoxdan itib".
Geniş müsahibəni aşağıdakı linkdən oxuya bilərsiniz:
https://crossmedia.az/az/article/27498
Nuray Qurbanlı
16:35 22.04.2025
Oxunuş sayı: 1432