Ekspert: "ABŞ və Avropa Rusiya ilə qarşıdurmaya daxil olub"

Rusiya-Ukrayna müharibəsi geniş coğrafiyada cərəyan edən bir savaşdır. ABŞ və Avropa Rusiya ilə qarşıdurmaya daxil olub. Bu qarşıdurma Ukraynada özünü göstərir. Bu müharibə Rusiya və Türkiyə üçün müxtəlif imkanlar açır. Ukraynadakı vəziyyət hər iki tərəfin yorulmasına səbəb olacaq.
Bu sözləri Crossmedia.az-a geniş müsahibəsində türkiyəli politoloq, Giresun Universitetinin dosenti Kamal Çiftçi bildirib.
" Bu da Türkiyə üçün faydalı olacaq. Çünki Türkiyə, həm Türk boğazlarının, həm də Qara dənizinin təhlükəsizliyini artırır. Odur ki, savaş nəticəsində rəsmi Ankaranın regiondakı mövqeyi daha da güclənməkdədir", - o bildirib.
Müsahibənin tam versiyasını aşağıdakı linkdən oxuya bilərsiniz:
https://crossmedia.az/az/article/27282
Fatimə Məmmədova
15:58 21.04.2025
Oxunuş sayı: 821