Bu gün qadın voleybolçular arasında Yüksək Liqada yarımfinal oyunlarına start veriləcək

Bu gün qadın voleybolçular arasında Yüksək Liqada yarımfinal oyunlarına start veriləcək.
Crossmedia.az xəbər verir ki, əvvəlcə meydana “Abşeron” və “Gəncə” komandaları çıxacaq. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşacaq görüş saat 15:00-da başlayacaq.
Saat 17:00-da eyni salonda “Milli Aviasiya Akademiyası” son çempion “Azərreyl”lə üz-üzə gələcək.
Qeyd edək ki, bu mərhələnin cavab oyunları aprelin 17-də təşkil olunacaq.
13:18 15.04.2025
Oxunuş sayı: 919