Macarıstan nəşri ADA Universitetinin keçirdiyi beynəlxalq forumdan yazıb

Macarıstanın ən geniş oxucu auditoriyasına malik olan ingilisdilli “Daily News Hungary” nəşri Bakıda ADA Universitetinin təşkilatçılığı ilə keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum haqqında material dərc edib.
Crossmedia.az xəbər verir ki, məqalədə bu mötəbər tədbirin missiyası və məqsədləri haqqında məlumat verilir. Materialda builki forumda dörd macar ekspertinin – Laşpo Vaşa, Şandor Şeremet, İştvan Kiş və Zoltan Eqereşinin iştirak etdikləri diqqətə çatdırılır. Onlar müxtəlif akademik institutları və beyin mərkəzlərini təmsil edirlər. Nəşrə müsahibə verən L.Vaşa qeyd edib ki, keçirilən forumun iştirakçıları arasında olmaq, Qarabağa səfər etmək və Prezident İlham Əliyevin çıxışına qulaq asmaq onun üçün faydalı bir imkan olub.
17:04 11.04.2025
Oxunuş sayı: 1490