Rusiya - Ukrayna müharibəsinin taleyi necə olacaq? - Türkiyəli ekspert açıqladıı

ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib ki, Ukrayna və Rusiya tam atəşkəsə yaxınlaşıb. Onun sözlərinə görə, belə bir addımın atılması üçün iki ölkənin şərtlərini razılaşdırmaq lazımdır.
"Biz hərtərəfli 30 günlük atəşkəsə nail olmaq istəyirik. Buna nail olduqdan sonra müharibəni bərpa etmək çox çətin olacaq. Mən buna inanıram", - Kelloq deyib.
Diplomatın fikrincə, indi müqavilə şərtlərini, yəni Ukrayna və Rusiyanın mövqelərini ifadə edəcək sənədləri formalaşdırmaq, sonra onları bir araya gətirmək lazımdır. Kelloq bildirib ki, ABŞ prezidenti Donald Tramp həm Ukrayna prezidenti Volodimir Zelenski, həm də Rusiya lideri Vladimir Putinlə əlaqə saxlayır və o, iki ölkə arasında razılaşma əldə edə biləcək.
K.Kelloqun səsləndirdiyi fikirlər barədə Crossmedia.az-a danışan türkiyəli siyasi analitik Hasan Oktay qeyd edib ki, indi atəşkəs həm çox yaxın, həm də çox uzaqdır: "Çünki Rusiya Prezidenti Vladimir Putin hələ razı salınmayıb. Tramp səylərini davam etdirir. Amma o, atəşkəs olmayacağı təqdirdə prosesi Avropa İttifaqına həvalə edəcəyini, Putinlə fərqli istiqamətlərdə danışacağını bildirib. Bu, proseslərdəki qeyri - müəyyənliyi qoruyur".
Nigar Rəhimova
15:29 04.04.2025
Oxunuş sayı: 1622