General Raul Zeynalovun yerinə yeni rəis təyin edilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini, qərargah rəisi vəzifəsinə yeni təyinat olub.
Nazir general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Mülki Müdafiə Qoşunlarının "N" saylı hərbi hissəsinin alay komandiri polkovnik Xaliq Hüseynov sözügedən vəzifəyə təyin olunub.
Qeyd edək ki, XRXX rəisinin birinci müavini, qərargah rəisi FHN-in ən gənc generallarından olan general-mayor Raul Zeynalov bir müddət bundan əvvəl vəzifəsindən azad edilib. (oxu.az)
14:16 11.03.2025
Oxunuş sayı: 2369