Parlament ombudsmanın 2024-cü il üzrə məruzəsini qəbul edib

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi” müzakirəyə çıxarılıb.
Crossmedia.az xəbər verir ki, müzakirələrdən sonra məruzə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
12:39 07.03.2025
Oxunuş sayı: 3027