Əməkdar jurnalist: "Xalq medianı yaşada bilmirsə, onda bizdən inciməsin"

Bu fikirləri Crossmedia.az-a geniş müsahibəsində "Şərq" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Akif Aşırlı deyib.
"Yaradıcılıq azadlığından düzgün istifadə olunmalı, alternativ fikir müxaliflik kimi qəbul olunmamalıdır. Ümumiyyətlə, jurnalistika alternativ fikir sənətidir. Oxucudan fərqli düşünməsən, heç vaxt onu arxanca apara bilməyəcəksən. Belə olan halda oxucu pul alıb qəzet oxumayacaq, mediaya diqqət göstərməyəcək. Xalq da gərək mediasını yaşatsın, yaşada bilmirsə, onda bizdən inciməsin. Dediyim kimi, xalq mətbuatı maliyyələşdirməsə, başqa güclər bu işi görəçəklər. Sevindirici haldır ki, iddialı gənclərimiz var. Bu, yaxşıdır. Amma gərək iddia da imkana uyğun olsun", - o bildirib.
Müsahibənin tam versiyasını aşağıdakı linkdən oxuya bilərsiniz:
https://crossmedia.az/az/article/20769
17:25 06.03.2025
Oxunuş sayı: 542