Ekspert: “Qərb Ukraynanı "yemlik quzu" kimi ortaya atıb”

ABŞ Prezidenti Donald Trampla ukraynalı həmkarı Volodimir Zelenskinin Vaşinqtondakı görüşündən sonra bir çoxu düşünür ki, artıq “bıçaq sümüyə dirənib”. Deyəsən, Ukrayna Rusiyanı düşmən sanarkən onu məhv etmək əsl dövlət elə ABŞ imiş. Hər halda Trampın son ritorikası belə düşünməyə o, rusiyalı həmkarı Vladimir Putindən daha çox “Putin olmaq niyyətindədir”.
Kiyev-Vaşinqton münasibətlərinin perspektivi barədə Crossmedia.az-a danışan iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, dövlət başçısının əsas vəzifəsi və borcu odur ki, ölkəsinin və xalqının təhlükəsizliyini qorusun: “Bunun üçün birinci növbədə ağıl işlətmək tələb olunur, güc və qüvvə deyil. Bu mənada Putin də, Tramp da məhz öz ölkələri üçün çalışırlar. Biri-biriləri və yaxud da digərləri üçün deyil. Ümumiyyətlə, siyasətdə həqiqi və daimi dostluq, qardaşlıq münasibəti, sevgi və mərhəmət, həmçinin düşmənlik hissi yoxdur və olmur. Siyasətdə yalnız, maraqlar və buna çatmaq üçün qarşıya qoyulan məqsəd olur. Xüsusən də, nəhəng dövlətlərin maraqları təbii resurslar üzərində köklənir”.
O, Putini ağıllı lider hesab etdiyini bildirib: “Bu müharibə, Ukrayna-Rusiya müharibəsi deyil, ABŞ başda olmaqla məhz Qərb ilə Rusiya müharibəsidir. İndi ABŞ ayılıb ki, Avropa bu müharibədə ABŞ-ı bataqlığa sürükləyir. Çünki real olaraq, Avropanın Rusiya ilə müharibə aparmağa gücü yoxdur. ABŞ isə ayıq dövlətdir - görür ki, Rusiya ilə müharibədə uçuruma gedir, fəlakətə gedir”.
Müsahibimizin sözlərinə görə, Qərb məqsədinə çatmaq üçün ortaya "yemlik quzu" kimi atdığı və qurban vermək istədiyi ölkələrdə daima məhz Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili və Zelenski kimi "axmaq başlı" adamları tapıb, hakimiyyətə gətirir.
Kənan Novruzov
23:30 03.03.2025
Oxunuş sayı: 886