Azərbaycan biznesini dünyada tanıtmaq üçün NEW MEDIA və “AWE Consulting” memorandum imzalayıb

NEW MEDIA şirkətinin rəhbəri Rasim Davudov ilə görüşdə “AWE Consulting” şirkətinin baş direktoru və təsisçisi Tata Çolariya dünya şöhrətli marketinq nəzəriyyəçisi Filip Kotlerin rəhbərlik etdiyi və 100-dən çox ölkəni əhatə edən qlobal təşəbbüsdən danışıb. O qeyd edib ki, “AWE Consulting” dayanıqlı inkişafa və sosial təsirə yönəlmiş regenerativ marketinq, qabaqcıl biznes strategiyaları və transformativ ideyalar üzrə ixtisaslaşmış qlobal konsaltinq şirkətidir.
“Essentials of Modern Marketing” (EOMM) layihəsi yerli biznes nailiyyətlərini qabaqcıl marketinq təcrübələri ilə birləşdirməyə yönəlmiş qlobal təşəbbüsdür. Azərbaycanda ölkənin ən yaxşı şirkətləri haqqında məlumatların yer alacağı kitabın nəşri beynəlxalq tanınma və tərəfdaşlıq üçün yeni imkanlar açacaq. Kitab eyni zamanda müxtəlif ölkələrdəki universitetlərin akademik proqramlarının bir hissəsi olacaq, bu da azərbaycan şirkətlərin iştirakı ilə bilik mübadiləsi və mövzu tədqiqatlarının yaradılmasına töhfə verəcək.
NEW MEDIA Azərbaycan biznesinin innovativ həllərini beynəlxalq arenada nümayiş etdirmək və onun qlobal bazarda böyüməsini təşviq etmək məqsədi daşıyan bu layihəni dəstəkləyir. Azərbaycan və beynəlxalq auditoriya üçün kitabın nəşri ölkənin işgüzar dairələrinə uğurlu biznes nümunələri bölüşmək və qlobal platformada daha çox tanınmaq baxımından unikal imkan yaradacaq. Bu da öz növbəsində yeni tərəfdaşlıqlar, investisiyalar və bazar imkanlarının artırılması üçün perspektivlər yaradacaq.
2009-cu ildə əsası qoyulmuş NEW MEDIA ilk ixtisaslaşmış media satış şirkəti və rəqəmsal reklam sahəsinin lideridir. Fəaliyyətə internet reklamçılıqla başlayan və texnoparkın rezidenti olan NEWMEDIA şirkəti “Azerconnect” ilə birləşməklə “Telco Data”nın unikal imkanlarından istifadə edərək innovativ reklam həlləri təqdim edir. 200-dən çox rəqəmsal layihə həyata keçirmiş və 250-dən çox müştəri bazasına malik NEWMEDIA şirkəti innovativ və yüksək keyfiyyətli həlləri ilə tanınır.
11:00 03.03.2025
Oxunuş sayı: 1262