Makron: Ukraynaya Avropa hərbçisi göndərilməyəcək

Fransa Prezidenti Emmanuel Makron, Le Figaro qəzetinə verdiyi müsahibədə yaxın gələcəkdə Avropa hərbçilərinin Ukraynaya göndərilməyəcəyini bəyan edib. O, Ukrayna məsələsindəki mövqeyini və bu mövzuda Fransanın hazırladığı planı açıqlayıb.
Makron, Böyük Britaniya işçi partiyasının lideri Keir Starmer ilə birgə hazırladıqları plan barədə danışaraq, əvvəlcə bir aylıq atəşkəs moratoriyası tətbiq etməyi təklif etdiklərini bildirib. Bundan sonra isə sülhməramlı qüvvələrin Ukraynaya göndərilməsi nəzərdə tutulur.
Crossmedia.az "Le Figaro" qəzetinə istinadən xəbər verir ki, Fransa Prezidenti, ABŞ və Rusiya arasında mümkün olan bir atəşkəs razılaşmasına inanmadığını və bunun effektiv olmayacağını bildirib. O, Rusiya Prezidentinin, xüsusilə Ukraynanın hərbi gücünü zəiflətməklə və ümumilikdə ölkəni alçaltmaq məqsədi güddüyünü vurğulayıb.
Makron, həmçinin, öz təkliflərini təqdim edib. O, və Starmer, "hava, dəniz və enerji infrastrukturunda" bir atəşkəs planı irəli sürüblər ki, bu atəşkəs bir ay müddətində həyata keçiriləcək. Bu müddət ərzində heç bir hərbi fəaliyyət həyata keçirilməyəcək və tərəflər müsbət nəticələr əldə etməyə çalışacaq.
Makron, bu təklifin ölçülə biləcəyini və nəzarət edilə biləcəyini bildirdi. Onun sözlərinə görə, hazırki cəbhə xətti Paris ilə Budapeşt arasındakı xətti əvəz edir və vəziyyətin dəyişməsi üçün bu planın effektiv olacağına inanır.
Pərvin Hacıyeva
10:00 03.03.2025
Oxunuş sayı: 1537