Ukrayna üçün bədbin proqnoz: “Zelenskiyə sui- qəsd, ölkədə çevriliş”

Ukrayna prezidenti Volodimir Zelenskinin dünən Vaşinqtona səfəri və amerikalı həmkarı Donald Trampla görüşü beynəlxalq gündəmi, demək olar, zəbt edib. Görüş kifayət qədər gərgin atmosferdə keçrib. Bəzilərinə görə, Tramp Zelenskini “uşaq kimi danlayıb”, bəzilərinə görə isə Ukrayna lideri qəhrəmanlıq və layaqət nümunəsi göstərib. Hərçənd bunun sadəcə şou olduğunu düşünənlər də var.
Bu barədə Crossmedia.az-a danışan siyasi analitik Elxan Şükürlü deyib ki, Zelenski görüşə psixoloji olaraq tam hazır idi: "O, Trampın 2019-2020-ci illərdə Baydenə verdiyi dəstəyə görə onu bağışlamayacağını və cəzalandırmağa çalışacağını anlayırdı". ABŞ-nin vitse-prezidenti Mayk Vens isə diplomatik etiketi bir kənara qoyaraq bu məsələyə açıq şəkildə toxunub və Zelenskiyə mesaj verib. Trampın komandası Ukraynada hakimiyyət dəyişikliyi üzərində işləyir və yeni liderin gətirilməsi planlarını sürətləndirir. Zelenski isə mövcud vəziyyətdə yalnız qəhrəman kimi səhnədən çəkilmək yolunu görür".
E.Şükürlünün fikrincə, yaxın dövrdə Ukrayna liderinə qarşı sui-qəsd cəhdləri və çevriliş planları daha da intensivləşə bilər: "Hazırda Zelenski təkcə Rusiyanın deyil, həm də ABŞ-nin hədəfindədir. Siyasi analitik hesab edir ki, belə şəraitdə Ukraynadakı proseslər nəzarətdən çıxaraq xaotik vəziyyət yarada bilər".
Xumar Əhmədova
21:29 01.03.2025
Oxunuş sayı: 1749