Trampın hakimiyyəti qısa çəkdi: "Ona sui- qəsd olunacaq, ya da..."

Ukrayna ali radasından bildirilib ki, ölkədə prezident seçkiləri müharibə bitdikdən və möhkəm sülh təmin edildikdən sonra elan ediləcək.
“Rada demokratiyaya dəstək haqqında qərarı dəstəkləyib”, - “Avropa Həmrəyliyi” fraksiyasının üzvü Aleksey Qonçarenko bildirib.
Onun sözlərinə görə, parlamentin plenar iclasında Ali Radanın Rusiyanın hərbi əməliyyatları şəraitində Ukraynada demokratiyanın dəstəklənməsinə dair bəyanatı ilə bağlı qərarını (No13041) 268 xalq deputatı dəstəkləyib.
Bir çoxunun iddiasına görə, Prezident Volodimir Zelenskinin hakimiyyəti təhdid altındadır. Onun hər an hakimiyyətdən gedə biləcəyini, müharibənin sonunu görə bilməyəcəyini iddia edənlər də var.
Bu barədə Crossmedia.az-a danışan politoloq Samir Hümbətov qeyd edib ki,
prezident seçkilərinin keçirilməsi üçün Ukraynanın işğal olunmuş ərazilərini geri qaytarması vacibdir: " Lakin Rusiya bu əraziləri geri qaytarmaq niyyətində olmadığını bildirir. Ukrayna isə bu mövqeyə qarşı çıxır. Zelenski qeyd edib ki, ABŞ-ın dəstəyi Ukraynanın müdafiə gücünün 20%-ni təşkil edir və bu dəstəyə əsaslanaraq müharibəni davam etdirmək niyyətindədir. O, müharibənin 10-20 il sürməsini istəmədiyini, nəticə əldə edildikdən sonra istefa verə biləcəyini vurğulayıb. Zelenski hələlik istefa verməyə tələsmir. Nəzərə almaq lazımdır ki, hazırda Ukraynanın 20%-dən çox ərazisi işğal altındadır".
Politoloq sülhün əldə edilməsinin ən axı yaxın gələcək üçün inandırıcı olmadığını düşünür: "Sülh üçün Ukrayna işğal altındakı ərazilərdən imtina etməlidir. Lakin bu, Ukrayna üçün sərfəli deyil. Çünki təbii resursların böyük hissəsi həmin ərazilərdə yerləşir. Böyük Britaniyanın baş naziri Kir Starmer də Ukraynaya dəstəyi davam etdirəcəklərini bildirib və bir ay əvvəl təhlükəsizliklə bağlı müqavilə imzalanıb. Odur ki, hələlik müharibənin dayanması gözlənilmir və Zelenskinin prezidentlik səlahiyyətləri müharibə dayanmadıqca davam edəcək".
Müsahibimiz Zelenskiyə sui- qəsd ehtimalını da istisna etməyib: "Bu ehtimal hər zaman var. ABŞ-nin bunu etməsi nəzəri baxımdan mümkündür. Bununla belə, Qərb kəşfiyyatı Zelenskini dəstəkləyir və onunla əməkdaşlıq etməyə hazır olduğunu vurğulayır. Əslindş daha təhlükəli məsələ ABŞ prezidenti Donald Trampa qarşı sui-qəsd ehtimalıdır. Trampın Rusiya agenti olmasına dair iddialar yayılır. Bu iddialar mürəkkəb durum yaratmaqla Trampa qarşı impiçment məsələsini də gündəmə gətirir".
Politoloq Trampla bağlı iddiaların konkret sübutunun olmadığına diqqət çəkib: "Bu səbəbdən məsələni sənədlərlə təsdiqləmədən iddia etmək qeyri-ciddilik olardı".
Məhəmməd Vəliyev
19:39 25.02.2025
Oxunuş sayı: 2205