Ölkəmizin sablya millisi Avropa birinciliyində 11-ci olub

Azərbaycanın qız sablyaçılardan ibarət millisi Türkiyənin Antalya şəhərində keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin Avropa birinciliyində çıxışını başa vurub.
Crossmedia.az Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətinə istinadən xəbər veirr ki, Fərəh Abasova, Leyla Əhmədova, Valentina Zeynalova və Züleyxa Sultanlıdan ibarət sablya üzrə kollektiv Avropa çempionatında 11-ci olub.
İlk görüşündə Ukrayna yığmasına 29:45 hesabı ilə uduzan sablyaçılar 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə İspaniyaya 45:42 hesabı ilə qalib gəlsə də, növbəti görüşdə polşalı rəqiblərinə 37:45 hesabı ilə məğlub olublar. Komanda 11-ci yer uğrunda keçirilən qarşılaşmada Bolqarıstan millisini 45:42 hesabı ilə üstələyib.
Vahab Fətullayev, Emin Səfərbəyov və Oruc Misirzadədən ibarət qılıncoynatmanın şpaqa növü üzrə komanda isə ilk görüşündə Avstriya yığmasına 34:45 hesabı ilə uduzaraq turniri 18-ci sırada başa vurub.
17:04 25.02.2025
Oxunuş sayı: 989