CROSSMEDIA - DİN hərəkət iştirakçılarına müraciət edib
Hüquq-mühafizə orqanları

DİN hərəkət iştirakçılarına müraciət edib

Davam edən şaxtalı hava şəraiti ilə əlaqədar olaraq gecə saatlarında yollarda gizli buzluluq dərəcəsinin artması müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Qeyd olunub ki, polis əməkdaşları hərəkət iştirakçılarının təhlükəsiz şəkildə mənzil başına çatması üçün hazırda gücləndirilmiş rejimdə xidmətlərini paytaxt və bölgələrdə davam etdirirlər.

“Magistrallarla yanaşı məhəlləarası yollarda da yaranan problemlərin aradan qaldırılması istiqamətində çevik və operativ tədbirlər görülür, təhlükəsizlik tam təmin edilir. Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, şaxtalı havada, xüsusilə də buzlaşma şəraitində enişli-yoxuşlu yollarda, körpülərdə sürüşmə ehtimalının artacağı nəzərə alınmalı və zəruri təhlükəsizlik qaydalarına əməl edilməlidirlər", - deyə məlumatda qeyd edilib.

07:05 25.02.2025

Oxunuş sayı: 515

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR