CROSSMEDIA - USIAD-in Qarabağ məsələsində qərəzli mövqeyi narazılıq doğurur
Media və QHT

USIAD-in Qarabağ məsələsində qərəzli mövqeyi narazılıq doğurur

Beynəlxalq təşkilatların fəaliyyəti bəzən müəyyən ölkələrdə təsir imkanlarını artırmağa yönəlir. Bu təşkilatlardan biri də ABŞ Beynəlxalq İnkişaf Agentliyidir (USAID). Onun tərəfindən həyata keçirilən bəzi proqramlar ölkələrin, o cümlədən Azərbaycanın daxili işlərinə, ictimai-siyasi proseslərinə müdaxilə cəhdidir.

Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə USAID-in Azərbaycana qarşı qeyri-obyektiv mövqe tutduğunu və milli maraqlara uyğun olmayan fəaliyyətlər həyata keçirdiyini bildirib: “Azərbaycanın müstəqil xarici siyasəti ölkənin həm Qərb, həm də Şərqlə balanslı münasibətlər qurmasına imkan yaradır. Lakin bəzi beynəlxalq təşkilatların fəaliyyəti ölkənin daxili işlərinə müdaxilə cəhdidir. USAID-in elan edilən məqsədi inkişaf proqramları həyata keçirmək olsa da, bəzi hallarda bu qurumun fəaliyyəti siyasi proseslərə müdaxilə xarakteri daşıyır. Həmçinin USAID bəzi layihələr vasitəsilə ölkədə sabitliyi pozmağa və geosiyasi təsir imkanlarını genişləndirməyə çalışır". 

Həmçinin ekspert bildirib ki, bu cür beynəlxalq təşkilatlar bəzən ABŞ-nin, Qərbin geosiyasi maraqlarına uyğun hərəkət edir və bu da Azərbaycanın milli suverenliyinə təhdid yaradır. Xüsusilə Qarabağ məsələsində USAID-in qeyri-obyektiv mövqeyi Azərbaycan cəmiyyətində haqlı narazılıq doğurub. 

O əlavə edib ki, 30 ilə yaxın müddətdə Azərbaycan beynəlxalq təşkilatların ədalətli mövqe sərgiləməsini gözləsə də, bəzi hallarda bu qurumlar əksinə, ölkəmizə təzyiq göstəriblər: "Azərbaycanın bu cür təşkilatlara inamsız yanaşması səbəbsiz deyil və ölkənin milli maraqlarını qorumaq üçün belə hallara qarşı diqqətli olmaq vacibdir".


Fidan

15:50 24.02.2025

Oxunuş sayı: 1026

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR