“Qarabağ” “Sabah”la heç-heçə etdi

Misli Premyer Liqasında XXIV turun növbəti oyunu keçirilib.
Crossmedia.az xəbər verir ki, “Qarabağ” “Sabah”la qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 57-yə çatdıran "Qarabağ" 1-ci, "Sabah" isə 33 xalla 5-ci sırada qərarlaşıb.
Günün ilk oyununda "Araz-Naxçıvan" - "Səbail" qolsuz heç-heçə edib.
Misli Premyer Liqası
XXIV tur
22 fevral
16:00. “Araz-Naxçıvan” – “Səbail” - 0:0
Baş hakim: Fərid Hacıyev
“Liv Bona Dea Arena”
19:00. “Qarabağ” – “Sabah” - 1:1
Baş hakim: Əliyar Ağayev
Tofiq Bəhramov adına Respublika Stadionu
Qeyd edək ki, turun açılış oyununda ötən gün "Neftçi" doğma meydanda "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib.
21:33 22.02.2025
Oxunuş sayı: 3472