Azərbaycanda informasiya təhlükəsizliyi üzrə 300-ə yaxın audit olub

2024-cü ildə Azərbaycanda informasiya təhlükəsizliyi üzrə 298 audit yoxlaması həyata keçirilib.
Crossmedia.az xəbər verir ki, bunu Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov təmsil etdiyi qurumun Bakıda keçirdiyi “Dövlət Qurumları IT Rəhbərlərinin V Zirvə Toplantısı”nda bildirib.
Onun sözlərinə görə, bunun 240-ı fərman, məktub və tapşırıqlar üzər audit, 58-i isə Elektron Sənəd Dövriyyəsi (ESD) üzrə audit olub.
11:23 21.02.2025
Oxunuş sayı: 2011