İsmət Səttarov: Televiziyalarda işarət dilinin tətbiqi ilə bağlı konkret planlar var

Televiziyalarda işarət dilinin tətbiqi ilə bağlı konkret planlar var.
Crossmedia.az xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarovun keçirdiyi brifinqdə deyib.
O bildirib ki, beynəlxalq təcrübədə daha çox tətbiq olunur: “Bu ildən dövlət qurumları ilə müzakirə edəcəyik ki, qanuna dövlət kanallarında xəbər proqramlarında subtərcümə tətbiq edilməsi əlavə edilsin. Əgər qanun qəbul edilsə, dövlətdən maliyyələşən kanallarda olması vacib olacaq”.
11:25 14.02.2025
Oxunuş sayı: 2778