Taekvondoçumuz beynəlxalq turnirdə medal qazanıb
 
                                            Azərbaycan taekvondoçusu Minayə Əkbərova (46 kq) Antalya şəhərində keçirilən "Turkish Open" beynəlxalq turnirində bürünc medal qazanıb.
Crossmedia.az Azərbaycan Taekvondo Federasiyasına istinadən xəbər verir ki, təmsilçimiz mükafata gedən yolda 4 rəqibini üstələyib.
O, yarımfinalda türkiyəli rəqibinə uduzaraq fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Qeyd edək ki, daha əvvəl Ülvi Məmmədov (37 kq) yarışın gümüş medalına sahib çıxmışdı.
23:17 11.02.2025
Oxunuş sayı: 7625
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        