Baş Prokurorluqda hüquqi şəxslər və fərdi sahibkarların müraciətinə baxılıb
2024-cü ildə Baş Prokurorluqda özəl sektorlarla bağlı hüquqi şəxslər və fərdi sahibkarların 5577 müraciətinə baxılıb.
Bunu Baş prokuror Kamran Əliyev “LEGIS” Regional Hüquq Forumunda deyib.
Onun sözlərinə görə, bu, kifayət qədər yüksək rəqəmdir:
“Bu müraciətlərdən əksəriyyəti baxılması üçün digər qurumlara göndərilib. Onların arasında İqtisadiyyat Nazirliyi (453), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (272), Dövlət Gömrük Komitəsi (81), 93-nü isə digər dövlət qurumları təşkil edir”.(report)
11:46 05.02.2025
Oxunuş sayı: 416