CROSSMEDIA - Audiovizual Şura televiziya proqramlarının statistikasını təqdim edib
Media və QHT

Audiovizual Şura televiziya proqramlarının statistikasını təqdim edib

Audiovizual Şura 2024-cü il ərzində açıq yayımlanan ümumölkə yerüstü televiziya proqramlarının janr üzrə statistikasını təhlil edib.

Crossmedia.az xəbər verir ki, Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2024-cü il ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanıb. Statistikaya əsasən, açıq ümumölkə yerüstü televiziya yayımında keçən il ərzində efirdə olmuş proqramların janr bölgüsü belə olub:

23,4% - informasiya və analitik proqramlar

16,0% - idman proqramları

14,1% - reklam məzmunlu materiallar

13,5% - musiqi və əyləncəli proqramlar

12,8% - bədii filmlər və seriallar

8,7% - mədəni-maarif janrında proqramlar

3,3% - anonslar və elanlar

3,1% - sənədli film və materiallar

2,8% - sosial proqramlar

1,2% - uşaq proqramları və cizgi filmləri

1,1% - sosial çarxlar

Hər bir televiziya kanalının proqramlarının janr üzrə statistikası ilə əlavə olunmuş fotoslaydlarda tanış olmaq olar.

10:22 05.02.2025

Oxunuş sayı: 603

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR