CROSSMEDIA - Qadınların Yüksək Liqasında IX turun oyunları keçirilib
Gənclər və İdman

Qadınların Yüksək Liqasında IX turun oyunları keçirilib

Qadın voleybolçular arasında Azərbaycan çempionatında IX turun oyunları keçirilib.

Crossmedia.az xəbər verir ki, turun ilk qarşılaşması UNEC VK-nın idman zalında UNEC və “Gəncə” komandaları arasında olub. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Turun digər matçları isə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunub. Burada “Azərreyl” komandası “Abşeron”la, “Murov Az Terminal” isə “Milli Aviasiya Akademiyası” ilə üz-üzə gəlib.

“Azərreyl” - “Abşeron” oyununda qalib 4 setdə müəyyən olunub. “Abşeron” rəqibini 3:1 hesabı ilə məğlub edib.

Günün və turun son qarşılaşmasında isə “Milli Aviasiya Akademiyası” 3:0 hesabı qələbə qazanıb.

Qeyd edək ki, qadın voleybolçuların Yüksək Liqasında növbəti tur fevralın 11-də keçiriləcək.

22:23 04.02.2025

Oxunuş sayı: 1166

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR