ABŞ ordusunda bu vəzifə ləğv olunur

ABŞ-nin yeni müdafiə naziri (Pentaqonun rəhbəri) Pit Xegset, ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin keçmiş sədri general Mark Millinin şəxsi mühafizəsini ləğv edib.
Crossmedia.az bu barədə “The New York Times”-a istinadən məlumat verir.
Xegset, həmçinin Millinin gizli məlumatlara girişini dayandırıb və generalın fəaliyyətini araşdırmaq üçün Pentaqonun Baş Müfəttişinə tapşırıq verib. Araşdırma, Millinin təqaüdə çıxdıqdan sonra general rütbəsinin azaldılmasının məqsədəuyğun olub-olmadığını müəyyən edəcək.
Gültac Mehdizadə
16:18 29.01.2025
Oxunuş sayı: 3399