Türkiyədə nazir istefa verəcək

Türkiyənin turizm naziri Məhmet Nuri Ersoy, Kartalkaya dağ-xizək kurortunda baş verən böyük yanğın sonrası, postunu tərk etməsi üçün Prezident Rəcəb Tayyib Ərdoğandan istefa istəyib.
Crossmedia.az xəbər verir ki, lakin, istefa tələbi qəbul edilməyib.
Onun nazirin fevral ayında istefa verəcəyi gözlənilir.
Türkiyə KİV-in məlumatına görə, Ersoy yanvarın 21-də yanğının baş verdiyi gün
Nazirlər Kabinetinin iclasında prezidentə istefa ərizəsini təqdim edib. Cavab olaraq, fevral ayında hökumətdə dəyişikliklər ediləcəyi və bu zaman yeddi nazirin dəyişdirilə biləcəyi bildirilib.
Gültac Mehdizadə
15:42 29.01.2025
Oxunuş sayı: 3149