Tramp qaradərililəri öldürməkdə təqsirli bilinən 2 keçmiş polisi əfv edib
Tramp qaradərilini öldürməkdə təqsirli bilinən 2 keçmiş polisi əfv edib.
Crossmedia.az “The Hill” qəzetinə əsasən xəbər verir ki, ABŞ prezidenti Tramp yeni əfv fərmanları imzalayıb.
Tramp 2020-ci ildə qaradərili 20 yaşlı Karon Hylton-Braunun qətlinə görə 5 il həbs cəzasına məhkum edilmiş keçmiş Vaşinqton polisi Terens Suttonu “Qeyd-şərtsiz” əfv edib.
Prezident eyni qətlin sübutlarını ört-basdır etdiyinə görə 4 il həbs cəzasına məhkum edilmiş polis əməkdaşı Endryu Zabavskini də əfv edib.
Vəzifəsinin ilk günündə icra sərəncamı imzalayan Tramp 6 yanvar 2021-ci ildə Konqres reydində iştirak edən 1600-ə yaxın adamı əfv edib.
Aybəniz Səfərova
14:03 23.01.2025
Oxunuş sayı: 860