Ukrayna polisləri uşaqları ailələrindən zorla ayırır
Ukrayna polisinin "Ağ mələk" xüsusi bölməsi Krasnoarmeysk ərazisindən uşaqların zorla çıxarılmasına başlayıb.
Crossmedia.az xəbər verir ki, TASS bu barədə məlumatı yayıb.
“Hazırda Krasnoarmeyskdə uşaqların zorla çıxarılması prosesi gedir. İndiyə qədər, əlbəttə ki, ailələri uşaqlarla birlikdə köçməyə məcbur edirdilər. İndi isə bu prosedur uşaq oğurluğu xarakteri daşıyır. Evlərə girərək, valideynlərsiz uşaqları zorla çıxarıb aparırlar”, – deyə güc strukturları bildirib.
Məlumatda qeyd edilib ki, bu uşaqların gələcək taleyi naməlumdur.
Fatimə Məmmədova
13:00 23.01.2025
Oxunuş sayı: 1222