CROSSMEDIA - Tramp husiləri yenidən terror təşkilatları siyahısına əlavə etdi
Xarici xəbərlər

Tramp husiləri yenidən terror təşkilatları siyahısına əlavə etdi

ABŞ prezidenti Donald Tramp “Ənsar Allah” hərəkatını (yəmənli husilər) yenidən xarici terror təşkilatları siyahısına daxil edən fərman imzalayıb.

Crossmedia.az xəbər verir ki, Ağ Evin saytında yayımlanan fərman, ABŞ dövlət katibinə husilərin terror təşkilatı kimi tanınması üçün 30 gün ərzində tədbir görməyi tapşırır. Fərmanda bildirilir ki, Bayden administrasiyasının zəif siyasəti nəticəsində husilər ABŞ hərbi və mülki obyektlərinə, eləcə də Bab-əl-Məndəb boğazından keçən gəmilərə çoxsaylı hücumlar təşkil edib.

Fərmana əsasən, husilər terror təşkilatı kimi tanındıqdan sonra USAID husilərə ödəniş edən və ya onlara qarşı beynəlxalq mübarizəyə mane olan təşkilatlarla əməkdaşlığı dayandıracaq.

Xatırladaq ki, Tramp 2021-ci ildə də husiləri terror təşkilatları siyahısına daxil etmişdi. Lakin Bayden administrasiyası bu qərarı ləğv etmişdi. 2024-cü ilin yanvarında Bayden yenidən husiləri qlobal terrorçular siyahısına qaytarmışdı.


Gültac Mehdizadə

12:43 23.01.2025

Oxunuş sayı: 945

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR