Hindistan Eurodrone proqramına qoşulub

Hindistan İtaliya, Fransa, Almaniya və İspaniyanın təşəbbüsü ilə başladılmış Eurodrone proqramına müşahidəçi statusunda qoşulub.
Crossmedia.az bildirir ki, Avropanın Birgə Silah İdarəetmə Agentliyi (OCCAR) tərəfindən nəzarət edilən bu proqram orta sinif pilotsuz uçuş aparatı (MALE) yaratmağı hədəfləyir. OCCAR-ın fikrincə, bu layihə Avropaya dron texnologiyasında daha çox müstəqillik təmin etməlidir.
Eurodrone layihəsinin hazırlanmasına 2015-ci ildə start verilib. İlkin planlara əsasən, ilk tədarüklər 2025-ci ildə həyata keçirilməli idi. Lakin hazırda layihənin istismara verilməsi 2030-cu ilə planlaşdırılır.
Gültac Mehdizadə
18:51 22.01.2025
Oxunuş sayı: 5041