Tramp süni intellektlə bağlı planını açıqlayacaq
ABŞ Prezidenti Donald Tramp süni intellektlə (AI) bağlı yeni infrastruktur planını açıqlamağa hazırlaşır.
Crossmedia.az xəbər verir ki, bu süni intellekt planına görə OpenAI, SoftBank və Oracle Amerikanın AI infrastrukturunu gücləndirmək üçün Stargate adlı startap quracaqlar.
Donald Trampın “Ulduz qapısı” planına əsasən, şirkətlər birinci mərhələdə 100 milyard dollar, ümumilikdə isə 500 milyard dollar sərmayə qoyacaqlar.
Soft Bank, OpenAI, Oracle plana daxil ediləcək. Plan Ağ Evdə elan ediləcək.
17:50 22.01.2025
Oxunuş sayı: 727