Trampla yepiskop arasında LGBT mövzusuna görə gərginlik yaşandı
ABŞ prezidenti Donald Tramp Vaşinqton Milli Katedralının yepiskopu Marianna Badinin Amerika liderindən miqrantlara və LGBT üzvlərinə rəhm etməyi xahiş etməsindən narahat olub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, yepiskopu "ədəbsiz" olaraq tərifləndirən Tramp üzr gözlədiyini açıqlayıb.
Məlumata görə, ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə paylaşımında " İşində o qədər də yaxşı görünmür! Özünün və kilsəsinin adına xalqdan üzr istəməlidir”,- deyə qeyd edib.
Fatimə Məmmədova
17:26 22.01.2025
Oxunuş sayı: 871