Amerikalı konqresmen İrana güzəştə getməməyə çağırıb
- “İran rejimi yalan danışır və region ölkələri üçün xaosdan başqa bir şey istəmir".
- Crossmedia.az xəbər verir ki, bu sözləri Amerikanın Cənubi Karolinadan olan Respublikaçı konqresmeni Co Vilson özünün X sosial şəbəkəsindəki paylaşımında yazıb.
- O, Amerikanın ərəb dünyasındakı tərəfdaşlarını İranla diplomatik münasibətləri normallaşdırmamağa çağırıb və əlavə edib ki, “tezliklə maksimum təzyiq tətbiq olunacaq və Donald Tramp mövcud vəziyyəti düzəldəcək”.
- Bundan əvvəl Amerikanın yeni dövlət katibi Marko Rubio yanvarın 15-də Senatın Xarici Əlaqələr Komitəsinin etimadnaməsini nəzərdən keçirmək üçün keçirilən iclasında demişdi: “İran hökuməti mümkün olan ən zəif vəziyyətdədir, onlar Suriyadan didərgin salınıb və iqtisadiyyatları böhran içindədir.”
- Cənab Rubio bildirib ki, İrana verilən istənilən güzəştdən onun nüvə proqramını genişləndirmək və Yaxın Şərqdə gərginlik yaratmaq üçün istifadə olunacaq.
16:27 22.01.2025
Oxunuş sayı: 651