CROSSMEDIA - Rusiyada miqrantlara qarşı reydlərə başlanılıb
Xarici xəbərlər

Rusiyada miqrantlara qarşı reydlərə başlanılıb

  • Rusiyanın Rostov vilayətində miqrantlara qarşı irimiqyaslı reydlər başlayıb.

  • Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

  • Məlumata görə, ən böyük reydlər Oqanova-Osobennoy rayonlarında keçirilir.

  • “Eto Rostov novosti” Teleqram kanalı yazır ki, polis miqrantlara orduya çağırış vərəqəsi təqdim edir. Vərəqəni almaqdan imtina edənlər isə ölkədən çıxarılır. Məlumata görə, yüzlərlə miqrant saxlanılıb.

  • Qeyd edək ki, miqrantlara qarşı reydlər yanvar ayının 20-dən kütləvi hal alıb. Daha öncə Rusiyanın hüquq-mühafizə orqanları Moskvanın "Prins Plaza” ticarət mərkəzində genişmiqyaslı reyd keçirdi. Hadisə yerində polis avtobusları, Rosqvardiya maşınları, İstintaq Komitəsinin furgonları toplaşdı.

  • Həmin əməliyyat zamanı saxta miqrasiya sənədləri və sərhəd keçid möhürləri hazırlayan "laboratoriya" aşkarlanıb. O vaxt 400-dən çox xarici vətəndaş və bu qanunsuz fəaliyyəti təşkil etməkdə şübhəli bilinən üç nəfər saxlanılmışdı.

16:16 22.01.2025

Oxunuş sayı: 688

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR