Fransa məhkəməsi Əsədin həbsinə order verib
- Fransa məhkəməsi Suriyada 61 illik Baas rejiminin devrilməsindən sonra Rusiyaya qaçan devrilmiş lider Bəşər Əsədin həbsinə order verib.
- Crossmedia.az xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Jan Noel Barrot “X” hesabından paylaşım edib.
- “Fransa məhkəmə sistemi Bəşər Əsədə qarşı həbs qərarı verdi. Sednaya həbsxanasında şahidi olduğum dəhşətlərə görə, bu rejim cəza almadan getməməlidir. Fransa suriyalılar üçün ədaləti təmin etmək adına səfərbər olub və olmağa davam edəcək”,-deyə paylaşımda bildirilib.
- Qeyd edək ki, Barrot və Almaniyanın xarici işlər naziri Annalena Baerbok Suriyada Baas rejiminin devrilməsindən sonra yanvarın 3-də paytaxt Dəməşqdə işgəncə bazası olan Sednaya həbsxanasına baxış keçirmişdi.
15:42 22.01.2025
Oxunuş sayı: 707