Tramp müharibənin başa çatması üçün 100 gün vaxt qoyub
- Amerika Prezidenti Donald Tramp Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqa Ukrayna münaqişəsini 100 gün ərzində başa çatdırmaqla bağlı tapşırıq verib.
- Crossmedia.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.
- Qəzetin qiymətləndirmələrinə görə, “Rusiya Prezidenti Vladimir Putinlə sazişin bağlanması Trampın təsəvvür etdiyindən daha çətin məsələ olacaq. O, seçkiqabağı kampaniya zamanı dövlət başçısı kimi vəzifəyə başlayana qədər münaqişəyə son qoyacağını bəyan edirdi".
- Mənbələr Trampın Ukrayna üzrə danışıqlar prosesinin gedişinə şəxsən nəzarət etmək niyyətində olduğunu bildiriblər. Kelloqun keçmiş həmkarları onun müstəqil fiqur olmadığını və tamamilə prezidentin fikrindən asılı olduğunu iddia edirlər. Bu səbəbdən Kelloq guya ABŞ ilə Rusiya arasında "hər hansı real danışıqlara buraxılmayacaq".
15:40 22.01.2025
Oxunuş sayı: 718